featured-image-27326

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges Rusiya çempionatının səviyyəsini dəyərləndirib. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Krasnodar”ın yarımmüdafiəçisi Premyer Liqada oyununu bəyəndiyi futbolçuların adlarını çəkib:

“Rusiya çempionatının səviyyəsi çox yüksəkdir. Burda çıxış edən güclü futbolçulardan Malkolm və Klaudinyonu qeyd edərdim. Bu oyunçular hələ Braziliyada olarkən də seçilirdilər. Spertsyanı fərqləndirmək olar. O, çox gənc olsa da, böyük məqsədlərə çatmaq üçün artıq formadadır.

Promes? Çox yaxşı və güclü futbolçudur. Hələ Rusiyaya gəlməmişdən qabaq onun oyununa diqqət yetirirdim”.

ANAR

 

Bənzər xəbərlər