featured-image-24208

“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Kadi Borgesin xanımı da Bakıdan ayrılıb.

Msport.az xəbər verir ki, Samara Qonçalves bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, “İnstaqram” hesabında Bakı ilə bu sözlərlə vidalaşıb: “Bu gün həyatımda bir dövr bitir. Davam edəndə çox gözəl idi. Bakı həmişəlik qəlbimdə qalacaq. Ailəmə və mənə göstərilən qayğıya görə sizə təşəkkür etmək istəyirəm. Qızım bu gözəl şəhərdə doğulmaqdan həzz aldı və buna görə çox minnətdaram. Darıxacağıq, amma tez-tez ziyarətə gələcəyik. Kədərli, amma böyük sevinclə vidalaşıram. Çünki burada keçirdiyim anlar əbədi olaraq qalacaq. Məni yeni dövr gözləyir və buna görə də çox şadam.

Hər şeyə görə Allaha şükür olsun. Görüşənədək, Bakı!”

Xatırladaq ki, Kadi Borges qış transfer pəncərəsində “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunub.

Bənzər xəbərlər