featured-image-24962

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin formasını geyindiyi “Krasnodar” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Hesabı qonaqların açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Kadi də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan braziliyalı futbolçu 86-cı dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da məhz Borges vurub. O, 24 və 67-ci dəqiqələrdə fərqlənib.

Kadinin komandası 19 oyuna topladığı 29 xalla hazırda 7-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər