featured-image-25180

Rusiyalı keçmiş futbolçu Roman Oreşuk Moskva “Dinamo”su ilə oyunda dubl edən “Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesi tərifləyib.

Msport.az xəbər verir ki, veteran hücumçu “Sport-express” nəşrinə müsahibəsində braziliyalı oyunçunu əsl tapıntı adlandırıb.

O, 27 yaşlı “sambaçı”nın “Krasnodarın” oyun üslubuna mükəmməl formada uyğun gəldiyini bildirib: “Yüksək sürətə malikdir və topu özündə çox saxlamır. Həm ötürmələr zamanı, həm də son zərbələrdə faydalıdır. İlk baxışdan heç bir zəif tərəfi yoxdur”.

Qeyd edək ki, Kadi Borges “Krasnodar”a qış fasiləsində “Qarabağ”dan keçib.

CAHİD

Bənzər xəbərlər