featured-image-34159

Rusiya çempionatında 1-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borges açılış matçında rəqib qapısına yol tapıb.

Onun şərəfini qoruduğu “Krasnodar” öz meydanında “Spartak”la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

80-ci dəqiqədə meydana daxil olan Kadi 90+5-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu 27 yaşlı yarımmüdafiəçinin ağır zədədən sonra ilk oyunu olub.

Bənzər xəbərlər