Kadi Rusiya klubuna keçə bilər
Qarabağ”ın futbolçusu Kadi Borqes karyerasını Rusiyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Krasnodar” klubu braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə Kadinin Premyer Liqa klubu ilə danışıqlar apardığı bildirilir.
Kadinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
26 yaşlı futbolçu bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.







