featured-image-30203

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin Rusiya kubokunun Superfinalında oynaması sual altındadır.

Msport.az xəbər verir ki. bu barədə “Qarabağ”ın sabiq futbolçusunun meneceri Xelsio Alisk açıqlama verib. “Krasnodar” iyunun 11-də keçiriləcək görüşdə ÇSKA ilə üz-üzə gələcək.

“Kadinin bərpa prossesi plan üzrə gedir. O, artıq məşqlərə başlayıb, amma hələlik təkbətək mübarizələr olmadan və kontaksız. Biz istərdik ki, o, Rusiya kubokunda oynasın. Kadi özü də sevinclidir ki, komandası bu il titul qazana bilər. Lakin hələ sizə dəqiq deyə bilmərəm ki, Kadi həmin matça hazır olacaq, yoxsa yox”.

Xatırladaq ki, Kadi Rusiya çempionatının 24-cü turunda “Spartak”la oyunda (3:4) zədə almışdı. Futbolçu Qeorqi Cikiya ilə toqquşub başından zərbə almışdı. Onun üz sümüyünün sındığı məlum olmuşdu.

AYXAN 

Bənzər xəbərlər