featured-image-28625

“Krasnodar”ın futbolçusu Kadi Borges cari mövsümün qalan hissəsini buraxa bilər.

Msport.az xəbər verir ki, “Spartak”la çempionat oyununda ağır zədə alan braziliyalı yarımmüdafiəçinin durumu ciddidir.

Üz sümüyü sınan 26 yaşlı oyunçu hələ də həkim nəzarəti altındadır.

Qeyd edək ki, Kadi Borxes “Spartak”la oyunun (3:4) ikinci hissəsinin əvvəlində rəqib futbolçu Georqi Cikiya ilə toqquşub. Huşunu itirən Kadinin dilini “Spartak”ın müdafiəçisi çıxarıb. “Qarabağ”ın sabiq futbolçusu 51-ci dəqiqədə xərəkdə meydanı tərk edib.

Bənzər xəbərlər