featured-image-30163

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges yenidən müayinə olunacaq.

Msport.az-ın məlumatına görə, bu barədə braziliyalı futbolçunun agenti Helsio Alisk açıqlama verib.

27 yaşlı oyunçunun əməliyyatdan sonrakı durumu haqda danışan meneceri hər şeyin qaydasında olduğunu bildirib: O, hətta “Krasnodar” son oyununu tribunadan canlı izləyib. Amma futbolçunun sağalmasının dəqiq vaxtı barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, bu ilin yanvarında “Qarabağ”ı “Krasnodar”a dəyişən “sambaçı” “Spartak”la Rusiya Premyer Liqasının XXIV tur matçında (3:4) Georgi Cikia ilə toqquşma zamanı zədələnib. Braziliyalıya üz sümüyünün sınığı diaqnozu qoyulub. Aprelin 30-da o, əməliyyat olunub.

Bənzər xəbərlər