featured-image-28590

“Krasnodar”ın baş məşqçisi Vladimir İviç Kadi Borgesin səhhəti haqqında məlumat verib. Msport.az xəbər verir ki, serbiyalı mütəxəssis futbolçunun hazırda xəstəxanada olduğunu deyib:

“Kadi indi xəstəxanadadır. Bildiyim qədər onun üz sümüyü sınıbdır. Gözləyirik, görək hansı məlumat verəcəklər”.

Qeyd edək ki, “Spartak”la oyunun (3:4) ikinci hissəsinin əvvəlində braziliyalı yarımmüdafiəçi Qeorqi Cikiya ilə toqquşub. Huşunu itirən Kadinin dilini “Spartak”ın müdafiəçisi çıxarıb. “Qarabağ”ın sabiq futbolçusu 51-ci dəqiqədə xərəkdə meydanı tərk edib.

AYXAN 

Bənzər xəbərlər