featured-image-29263

 

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges əməliyyat olunub.

Msport.az-ın məlumatına görə, bu barədə braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk açıqlama verib.

O bildirib ki, aprelin 30-da bıçaq altına uzanan oyunçu hazırda özünü yaxşı hiss edir: “Həkim nəzarəti altındadır. Sıraya nə vaxt dönəcəyi bəlli deyil”.

Qeyd edək ki, “Spartak”la matçda Moskva klubunun müdafiəçisi Georgi Cikiya ilə toqquşan Kadinin üz sümüyü sınıb.

Bənzər xəbərlər