"Kadis" azərbaycanlılar çalışan klubun futbolçularını istəyir
Novruz Əzimovun baş məşqçisi olduğu Moldovanın “Dinamo-Avto” komandasının 4 futbolçusu İspaniya “Kadis”nin diqqət mərkəzinə düşüb.
Msport.az xəbər verir ki, barədə klubun idman direktoru Rəsul Allahverdiyev (Şükürsoy) moldfootball.com saytına açıqlama verib. O, Rodi Junior Effaqe, Xose Fidel Sipi, Xavyer Mum və Mexrubon Kərimovla La Liqa klubunun maraqlandığını bildirib:
“Biz artıq “Kadis”in idman direktoru ilə detalları müzakirə etmişik. Yəqin ki, “Sfıntul Qeorqe” ilə oyunu onların skautları gəlib izləyəcəklər. Təkcə bu futbolçular digər klubların maraq dairəsində deyillər. Türkiyədən bir Super Liqa klubu, bir də I liqa təmsilçisi Furkan Akınla maraqlanır. “Herenven” isə Akınla yanaşı, Dallian Tunqunu diqqətdə saxlayır. Bütün bunlar təbiidir. Bizim bir çox futbolçuları əvəllər də izləyirdilər. Gənc və perespektivli oyunçuları Avropa futbolu üçün adaptasiya edirik. Bizim klub onlar üçün tramplin rolunu oynayır. İki futbolçumuz – Mişel Mbula və Rodi Junior Effaqe Qabonun U-23 yığmasına dəvət alıblar və ayın 22-də millinin düşərgəsinə yollanacaqlar.”
Həmyerlimiz “siz deyirsiniz ki, oyunçuları Avropa futbolu üçün adaptasiya edirsiniz, amma heç Moldova çempionatında işləriniz yaxşı getmir” sualını belə cavablandırıb: “Siz nə gözləyirdiniz ki? Mən əvvəl də demişdim ki, biz təcrübə yığırıq və bu mövsüm yüksək yerlər tutmağı hədəfləmirik. -6 xal bizim üçün (klub cəzalanmış və hesabından 6 xal silinmişdi) böyük kompleks idi. Oynayıb inkişaf edirik və işlərin gedişindən razıyıq. Turnir cədvəlindəki yerimizə görə narahat deyilik. Biz hər oyunda mübarizə aparırıq. Gələn mövsümdə isə qarşımıza məqsəd qoyacağıq. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq olacaq. Təbii ki, çempionatda yüksək yerləri tutmağı hədəf qoyacağıq”.







