Kamal Umudludan beş sarı vərəqə
Azərbaycanın hakimlər briqadası Paduevoda Kosovonun “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda işləyib.
Msport.az xəbər verir ki, baş hakim Kamal Umudlu, köməkçiləri isə laynsmenlər Namik Hüseynov və Vüsal Məmmədov, həmçinin dördüncü hakim Elçin Məsiyevin olduğu görüş “Drita”nın qələbəsi (1:0) ilə yekunlaşıb.
Matçın gedişində Umudlu 5 sarı vərəqə göstərib.
Qeyd edək ki, Kosovo klubunun baş məşqçisi “Qarabağ”da futbolçu olmuş Zekeriyye Ramadanidir. Növbəti mərhələyə də “Drita” adlayıb.