Kamara üçün 70 milyonu çox görürlər
“Çelsi” “Monako”nun 22 yaşlı yarımmüdafiəçisi Lamin Kamara üçün tələb olunan məbləği yüksək hesab edir.
Msport.az xəbər verir ki, “Çelsi” yay transfer pəncərəsində seneqallı futbolçunu heyətinə cəlb edə bilməyib.
London klubu hələ də Lamin Kamaranı əsas transfer hədəfləri sırasında saxlayır.
Buna baxmayaraq, “Çelsi” rəhbərliyi “Monako”nun tələb etdiyi 70 milyon avroluq qiyməti həddindən artıq yüksək sayır və bu məbləği ödəməkdən imtina edir.







