featured-image-30375

Kamerun millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

Msport.az xəbər verir ki, öncə bu komandalar arasında iyunun 15-də görüş keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Lakin Kamerin tərəfi bu matçdan boyun qaçırıb.

Afrika dövlətinin hökuməti milli komandaya Rusiya ilə oynamağı qadağan edib.

Qeyd edək ki, Rusiya seçməsi son dəfə martda meydana çıxıb. Həmin vaxt Valeri Karpinin komandası İran (1:1) və İraqla (2:0) yoxlama oyunlarında gücünü sınayıb.

ANAR 

Bənzər xəbərlər