Kanselo “Barsa”nın maraq dairəsinə düşdü
“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo yay transfer pəncərəsində komandasını dəyişəcək.
Msport.az xəbər verir ki, komandası tərəfindən satışa çıxarılan portuqaliyalıya “Barselona” maraq göstərir. Kataloniya təmsilçisi Kanselo üçün ilkin danışıqlara başlamaq niyyətindədir.
29 yaşlı futbolçunun bu keçidə razılaşacağı gözlənilir.
Qeyd edək ki, Kanselo son olaraq icarə icasəsında “Bayern Münhen”in şərəfini qoruyub.
Royal Türksoy







