Kanselunun “Bayern”i seçməsinin əsas səbəbi
Joau Kanselunun “Barselona” əvəzinə “Bayern Münhen”ə keçməsinin səbəbləri məlum olub.
Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” və “Bayern” istirahət günləri müdafiəçini icarəyə götürməyin mümkünlüyünü öyrəniblər.
Kataloniya klubu futbolçunun meneceri Jorje Mendeşlə əlaqə yaradıb. Lakin Kanselu Almaniya təmsilçisinin Çempionlar Liqasında oynamasını əsas gətirərək Münhen klubuna keçməyə üstünlük verib.
Dünən portuqaliyalı oyunçu “Bayern”in düşərgəsində tibbi müayinədən keçib. Bu gün onun icarə müqaviləsi ilə bağlı rəsmi xəbər veriləcək.
Kanselu bu mövsüm “Siti”də 26 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib. O, son 3 görüşdə ehtiyatda qalıb.
ANAR ABDULLAYEV







