Kante də Səudiyyə Ərəbistanına gedir
Nqolo Kante azad agent kimi ” Əl-İttihad” klubuna keçir.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı təmsilçisinə transferi həll olunub.
Fransalı futbolçu 2+1 sistemi ilə müqaviləyə imza atacaq.
Onun illik maaşı 100 milyon avro olacaq.
Kante artıq Londonda tibbi müayinədən keçib.
Xatırladaq ki, “Əl-İttihad” dünən Kərim Benzemanın transferini açıqlayıb.
Kante 2016-cı ildən “Çelsi”də çıxış edirdi. Onun London klubu ilə müqaviləsi iyunun 30-da başa çatır.







