featured-image-38487

“Azərbaycanla oyuna enerjili çıxmışdıq, qələbə qazanmaq istəyirdik”.

Msport.az xəbər verir ki, bunu Avstriya yığmasının kapitanı Konrad Laymer Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqları üçün sevincli olduqlarını bildirib: “Bu, böyük hissdir. Avropa çempionatına vəsiqə qazanmaq xüsusidir. Buna görə də qalib gəlmək vacib idi. Hələ çox inkişaf etməliyik”.

Qeyd edək ki, Avstriya yığması hazırda F qrupunda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər