featured-image-42144

İspaniyanın “Barselona” klubunun kapitanı Serxi Roberto daha bir il komandada qalmağı planlaşdırır.

Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi buna görə maaşının azaldılmasına hazırdır.
31 yaşlı oyunçu hazırda heyətdə ən az maaş alan oyunçudu. O, yeni müqavilə xatirinə İspaniya La Liqası üçün ən minimum maaşa da razıdır.

Qeyd edək ki, Serxi Roberto karyerası ərzində yalnız “Barselona”da oynayıb. O, bütün turnirlərdə ümumilikdə 361 oyuna çıxıb, 19 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər