Kapitan klubdan ayrılır
Mövsümün sonunda “Barselona”nı tərk edəcək ilk futbolçu müəyyənləşib.
Msport.az xəbər verir ki, kapitan Serxi Roberto yayda başqa kluba keçəcək.
Roberto daha 1 illik müqaviləyə hazır idi və bunu baş məşqçi Xavi ilə razılaşdırmışdı. Lakin çalışdırıcının yayda ayrılacağını açıqlamasından sonra rəhbərlik müdafiəçi ilə sözləşməni uzatmamaq qərarına gəlib.
Qeyd edək ki, Serxi Roberto 2010-cu ildən “Barselona”da çıxış edir.