“Kapitanlıq sarğısını daşımaq böyük şərəfdir”
Argentina yığmasının vingeri Anxel Di Maria millidəki kapitan rolu ilə bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu onun üçün çox xoş bir an olduğunu deyib:
“Mənim üçün çox xoş bir andır. Argentina millsində kapitanlıq sarğısını daşımaq mənim üçün böyük şərəfdir. Lionel Messinin oynayıb-oynamayacağı bilinmədiyi üçün sarğını kimin taxacağı müzakirə olunmayıb. Hər şey onun vəziyyətindən asılı idi. O, oyunda iştirak etməyə çalışsa da, narahatlılıq ona mane oldu. Risk etməmək daha yaxşıdır”.
Messinin yoxluğu səbəbindən, Di Maria DÇ-2026-nın seçmə mərhələsində Boliviya ilə matçda (3:0) kapitan sarğısını daşıyıb.
Oktyabrın 13-də Argentina millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Paraqvay yığması ilə qarşılaşacaq.