featured-image-25824

Fransa millisinin sabiq üzvü Rober Pires kapitanlıq sarğısının Kilian Mbappeyə verilməsini dəyərləndirib.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Arsenal”ın veteran futbolçusu bu qərarın doğru olmadığını deyib:

“Bu doğru seçimdirmi? Düzünü desəm, mən belə hesab etmirəm. Təcrübəni nəzərə alaraq, güman edirdim ki, Qrizmann kapitan olacaq. Hesab edirəm ki, bu Qrizmanna qarşı hörmətsizlikdir. Hərçənd ki, Mbappeyə heç bir iradım yoxdur”.

Xatırladaq ki, Uqo Lyorisdən sonra Fransa millisinin kapitan sarğısı Kilian Mbappeyə tapşırılıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər