featured-image-29950

“Kardiff Siti” klubu futbolçu Emiliano Salonun ölümü ilə əlaqədar “Nant”dan 100 milyon avrodan çox pul istəyir.

Msport.az “L`Equipe” isinadən xəbər verir ki, Çampionşipdə mübarizə aparan Uels təmsilçisi Nant Kommersiya Məhkəməsinə müraciət edib.

“Kardiff Siti” dəyən ziyana görə 110 milyon avro tələb edir. Məhkəməyə müraciətdə komandanın Premyer Liqanı həmin il tərk erməsi və Salanın İngiltərədə qiymətinin arta biləcəyi göstərilib.

Xatırladaq ki, Sala 2019-cu il yanvarın 19-da “Nant”dan “Kardiff”ə 15 milyon avroya transfer olunmuşdu. Tibbi müayinədən sonra o, Nanta qayıdıb ki, şəxsi əşyalarını toplasın və komanda yoldaşları ilə sağollaşsın. Futbolçu yanvarın 21-də geri uçmaq istəyib. Onu Nantdan Kardiffə aparan şəxsi təyyarə qəzaya düşüb, Sala və pilot həlak olub.

2022-ci ilin avqustunda İdman Arbitraj Məhkəməsi (CAS) “Kardiff”in “Nant”a 6 milyon avro transfer haqqı ödəməsi barədə qərar qəbul edib.

Uels klubunun İsveçrədə apellyasiyası rədd edilib.

ANAR

 

Bənzər xəbərlər