Karius 2 ildən sonra meydana çıxacaq
Loris Karius böyük ehtimalla “Mançester Yunayted”lə İngiltərə Liqa kubokunda “Nyukasl”ın qapısını qoruyacaq.
Msport.az xəbər verir ki, Premyer Liqanın 24-cü turunda “Liverpul”la matçda “sağsağanlar”ın qolkiperi Nik Poup cərimə meydançasından kənarda əllə oynadığı üçün qırmızı vərəqə ilə cəzalanıb.
Poup cəzalı olduğundan Liqa kubokunun final görüşünü buraxmalı olacaq.
“Nyukasl”ın ikinci qapıçısı Martin Dubravka turnirin bu ilki mövsümündə “Mançester Yunayted”in heyətində oynadığından o, da meydana çıxa bilməz.
Qalır 3-cü qapıçı Loris Karius. O, son dəfə 2021-ci ilin fevralında rəsmi matça çıxıb.
ANAR ABDULLAYEV







