featured-image-46429

Hazırda İspaniyanın “Real” klubunun sükanı arxasında olan Karlo Ançelotti Çempionlar Liqasının tarixinə düşüb.

Msport.az xəbər verir ki, “Mançester Siti” ilə 1/4 final mərhələsinin ilk oyunu (3:3) mütəxəssis üçün əlamətdar olub.

İtaliyalı çalışdırıcı məşqçilik karyerasında ÇL-də 200-cü görüşünü keçirib.

O, qitənin ən nüfuzlu turnirində komandanı 200 qarşılaşmaya çıxaran ilk məşqçi kimi tarixə düşüb. Bu göstəricidə ikinci yeri Aleks Ferqyuson (190 oyun), 3-cü pilləni isə Arsen Venger (178) tutur.

Dünənki qarşılaşma “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola üçün ÇL-də 168-ci olub.

Qeyd edək ki, Karlo Ançelotti Çempionlar Liqasında “Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bavariya” və “Napoli”ni də meydana çıxarıb.

Bənzər xəbərlər