featured-image-40267

Karlo Ançelottinin İspaniyanın “Real” klubundakı gələcəyi qeyri-müəyyəndir.

Msport.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis mövsümün sonundan etibarən Braziliya millisinə rəhbərlik edə bilər.

Madrid təmsilçisi isə italiyalı baş məşqçi ilə müqaviləni yeniləməyə hazırdır. Lakin hazırda bu yöndə danışlar aparılmır. Bu, yanvarın 1-dən etibarən başlaya bilər.

Ançelotti ayrılmaq qərarına gəlsə, bu posta iki namizəd var. Bunlar hazırda “Bayer 04″də işləyən Xabi Alonso və “Brayton”un sükanı arxasında olan Roberto De Zerbidir.

Bənzər xəbərlər