Karlo Ançelottiyə yeni müqavilə təklifi
İspaniyanın “Real Madrid” klubu baş məşqçisi Karlo Ançelottiyə yeni müqavilə təklif edib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər sözləşmənin yenilənməsi üçün danışıqlar aparır.
Daha əvvəl Açelottinin Braziliya millisinin sükanı arxasına keçəcəyi bildirilib.
Qeyd edək ki, Madrid təmsilçisi hazırda 25 xalla La Liqada liderdir.