featured-image-67346

Məşhur portuqaliyalı məşqçi Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Oman millisinin baş məşqçi vəzifəsinə təyin olunub.

Bu barədə Oman Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı məşqçinin rəhbərliyi altında Oman millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmağı hədəfləyib.

Qeyd edək ki, daha əvvəl İran, Portuqaliya, Cənubi Afrika Respulikası, Kolumbiya və Misir millilərini çalışdıran K.Keyruşun son iş yeri Qətər yığması olub.

Bənzər xəbərlər