Karluş Keyruşun yeni iş yeri məlum oldu
Karluş Keyruş Qətər milli komandasının baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2026-cı ilə kimi müqavilə imzalanıb.
O, dünya çempionatından sonra vəsifəsindən ayrılan Feliks Sançes Bası əvəzləyib.
69 yaşlı Keyruşun son iş yeri İran yığması idi. O, Qətərdə keçirilən mundialda İran millisinə rəhbərlik edirdi. Keyruş əvəllər Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ komandalarında da işləyib.
ANAR ABDULLAYEV







