"Karvan Yevlax" sabiq baş məşqçisi Azər Həşimova kompensasiya ödədi - RƏSMİ
“Karvan Yevlax” nəhayət ki, sabiq baş məşqçisi Azər Həşimovla kompensasiya məsələsində ortaq məxrəcə gələ bilib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yevlax təmsilçisi Azər Həşimovu istefaya göndərsə də, ona kompensasiya ödəməkdən imtina edirdi. Bu səbəbdən də onlar yeni baş məşqçi Füzuli Məmmədovun adını çempionatın iştirak ərizəsinə daxil edə bilmirdilər:
“Son bir neçə ay ərzində klubumuzla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilmiş və müqaviləyə xitam verilmişdir.
Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunmuşdur. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik”.







