Karyerasında ilk dəfə
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Brunu Fernandeş karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.
Msport.az xəbər verir ki, bu, Premyer Liqanın VI turunda “Tottenhem”lə matça təsadüf edib.
Ceyms Meddisona qarşı kobudluq edən yarımmüdafiəçi meydandan qovulub.
Fernandeş 616 peşəkar matçda ilk dəfə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qarşılaşma Mançester təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib.