Kasemiro “Əl-Nəsr”ə təklif olundu
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro klubu tərk etməyə hazırlaşır.
Msport.az xəbər verir ki, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanına köçməsi gözlənilir.
Çünki futbolçunun meneceri müvəkkilinin xidmətlərini “Əl-Nəsr” klubuna təklif edib. Ərəblər bu varianta müsbət yanaşırlar. Tərəflər keçiddə ortaq məxrəcə gəlsələr, bu ay transfer rellaşacaq.
Qeyd edək ki, Kasemironun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayında başa çatır.