featured-image-62911

“Real”ın əfsanəvi qapıçısı İker Kasilyas Münhen “Bavariya”nın qolkiperi Manuel Noyer haqqında fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, ispaniyalı həmkarını tarixin ən yaxşılarından biri hesab edir.

O, 38 yaşlı Noyerə karyerasını davam etdirməyi məsləhət görüb: “Noyer bütün qapıçılar üçün nümunədir və futbol tarixinin ən yaxşı qapıçılarından biridir. Ona dayanmaq istəmədiyi müddətdə karyerasını davam etdirməyi tövsiyə edərdim. Mən də daha uzun müddət oynamaq istəyərdim, amma həyatımda bədbəxt hadisə (ürək tutması) baş verdi. Özünü yaxşı hiss edirsə və oynamağa gücü çatırsa, karyerasını davam etdirməlidir”.

Qeyd edək ki, Manuel Noyer karyerası ərzində 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu titulunu qazanıb.

Bənzər xəbərlər