featured-image-28654

“Jirona”nın hücumçusu Valentin Kastelyanos “Real”la hazırda davam edən oyunda 4 qol vurub. Msport.az xəbər verir ki, “Jirona” İspaniya La Liqasının 31-ci turunda Madrid klubunu qəbul edir.

24 yaşlı futbolçu 62 dəqiqə ərzində qonaqların qapısından 4 top keçirib. O, ilk qolunu 12, ikincini 24, üçüncünü 46, dördüncünü isə 62-ci dəqiqədə vurub.

Argentinalı forvard İspaniya çempionatındakı qollarının sayını 11-ə çatdırıb.

ANAR 

Bənzər xəbərlər