Kaşuk Avropa çempionatında, "Zirə"nin üzvünə ehtiyac duyulmadı
21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, “23-lük”də ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşukun da adı var.
Baş məşqçi Ruslan Rotan ehtiyat qüvvə kimi B siyahısına saldığı “Zirə”nin yarımmüdafiəçi Eldar Quliyevə isə ehtiyac duymayıb.
Qeyd edək ki, Avropa çempionatına iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. Ukrayna millisi Rumıniya, İspaniya və Xorvatiya ilə birlikdə B qrupunda mübarizə aparacaq.
CAHİD







