Kaşuk Ukrayna- Xorvatiya oyununun ən yaxşısı seçildi
Ötən mövsümü “Sabah”da keçirən Aleksey Kaşuk 21 yaşlılar arasında Avropa Çempionatının Ukrayna – Xorvatiya (2:0) oyununun ən yaxşısı seçilib.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu sözügedən matçda həm qol vurub, həm də məhsuldar ötürmə verib.
Qeyd edək ki, Ukraynanın qrupdakı digər rəqibləri İspaniya və Rumıniyadır.







