featured-image-33280

Ötən mövsümü icarə əsasında “Sabah”da keçirən Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşukun transfer qiyməti artıb.

Msport.az “transfermarkt” nəşrinə istinadən xəbər verir ki, bu, 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin Ukraynanın U-21 yığması ilə Avropa çempionatındakı parlaq çıxışından sonra baş verib.

İstedadlı vingerin qiyməti 800 min avrodan 1,8 milyon avroya yüksəlib.

Qeyd edək ki, Aleksey Kaşuk ötən mövsüm “Sabah”ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bakı klubuna qayıdıb-qayıtmayacağı bəlli deyil.

Bənzər xəbərlər