featured-image-55496

Argentina təmsilçisi “Boka Xuniors” futbolçusu Edinson Kavani ilə müqavilənin müddətini artırıb.

Msport.az xəbər verir ki, bu barədə klubu mətbuat xidməti məlumat yayıb.

37 yaşlı uruqvaylı hücumçu daha iki il “Boka Xuniors”un formasını geyinəcək. Onun anlaşması 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kavani Argentina çempionatının cari mövsümündə 19 oyunda 9 qol vurub.

Bənzər xəbərlər