featured-image-16959

“İnter”in (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Kaxaber Sxadadzenin yeni klubu bəlli olub.

Msport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis Qazaxıstanın “Kaspi” komandasının sükanı arxasına keçib.

Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kaxaber Sxadadze son olaraq ölkəsinin “Dinamo” (Tbilisi) klubuna rəhbərlik edib.

Bənzər xəbərlər