featured-image-16915

Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Msport.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Fatih Karagümrük” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “İstanbulspor” doğma meydanda “Hatayspor”a, “Kayserispor” isə “Konyaspor”a məğlub olub.

“Beşiktaş” – “Antalyaspor” matçı isə İstanbuldakı terror aktına görə təxirə salınıb.

14 turdan sonra 29 xala malik “Fənərbaxça” vahid liderdir. İkinci olan “Qalatasaray”ın 27 xalı varsa, “Adana Dəmirspor”, “Konyaspor” və “Başakşəhər” 24 xal toplayıb. “Kayserispor”la “Trabzonspor”un 23, “Beşiktaş”ın 22 xalı var.

Türkiyə Super Liqası
14-cü tur

11 noyabr

Alanyaspor – Adana Dəmirspor 0:0

Ankaragücü – Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen – Bardi, 70.

12 noyabr

Sivasspor – Ümraniyəspor 2:2
Qol: Yatabare, 32. Njie, 59 – Avunu, 27. Mrşiç, 83-pen.

Fənərbaxça – Girəsunspor 1:2
Qol: Valensiya, 19-pen – Sayns, 71; 83.

Başakşəhər – Qalatasaray 0:7
Qol: K.Aktürkoğlu, 14; 59; 85. İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına. Mertens, 65. A.Bardakçı, 88.

13 noyabr

Fatih Karagümrük – Qaziantep 3:3
Qol: Baniya, 32; 52. Kuassi, 69 – E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.

İstanbulspor – Hatayspor 0:1
Qol: El Kaabi, 24.

Kayserispor – Konyaspor 1:2
Qol: Hosseini, 8 – Kalvo, 9. Diuf, 22-pen.

Beşiktaş – Antalyaspor matçı təxirə salınıb

Bənzər xəbərlər