featured-image-38813

Braziliya millisinin futbolçusu Kazemiro İngiltərənin “Mançester Yunayted” klubuna keçdiyi üçün peşmandır.

Msport.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” 31 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır.

Oyunçu İspaniyanın “Real Madrid” komandasını tərk etməsini səhv addım hesab edir. Mançester təmsilçisi onun yerinə Portuqaliya “Benfika”sından Joau Neveşi heyətinə qatmaq niyyətindədir. Artıq klubla danışıqlara da start verilib. 19 yaşlı futbolçu üçün 70 milyon avro tələb olunur.

Bənzər xəbərlər