featured-image-61684

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill İngiltərə Premyer Liqasının XXV turunda “Tottenhem”ə məğlubiyyətdən sonra “qırmızı şeytanlar”ı sərt tənqid edib.

Msport.az xəbər verir ki, hazırda teleaparıcı işləyən veteran müdafiəçi keçmiş komandasının oyun strukturundan narazılığını dilə gətirib:

“İki mərkəz yarımmüdafiəçisi arasındakı məsafə heç də eyni deyil. Baxın, Fernandes haradadır, Kazemiro harada. Bu, futbolun bütün qaydalarını pozur. Tam dəlilikdir. Komandanın quruluşu dəhşətlidir. Yarımmüdafiədə iki oyunçu bir-birindən ayrılıb. Bu, ayıbdır. Belə futbolu 9 yaşlı uşaqların oyununda belə, görə bilməzsiniz. Orta sahədəki boşluğa baxın. Mən şokdayam”..

Qeyd edək ki, “Mançester Yunayted” səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.

Bənzər xəbərlər