featured-image-60456

İtaliya millisinin sabiq üzvü Daniele de Rossi D seriyasında çıxış edən “Ostiamare” klubunun sahibi olub. Msport.az xəbər verir ki, “Roma”nın əfsanəsi klubu iflas olmaqdan xilas edib.

“Skuadra Adzurra”nın heyətində dünya çempionu olan De Rossi klubun stadion məsələsini də həll edəcəyinə söz verib. “Ostiamare”nin arenası oyunları qəbul etmək kriteriyalarına uyğun deyil.

Qeyd edək ki, “Ostiamare” De Rossinin doğma komandasıdır. O, karyerasını məhz burada başlayıb, daha sonra isə 18 il “Roma”da çıxış edib. De Rossi paytaxt klubunun heyətində 600-dən çox oyun keçirib.

 

 

Bənzər xəbərlər