featured-image-67707

“Çelsi” “Kənan Yıldızın transferi ilə bağlı “Yuventus”a müraciət edib. Msport.az xəbər verir ki, London klubu türkiyəli futbolçuya görə, 60 milyon avro ödəməyə hazırdır.

“Zadəganlar”ın rəhbərliyi komanda yaxşı mövsüm keçirib deyə, baş məşqçi Entso Mareskaya belə bir “hədiyyə” etməyi düşünür.

Lakin Turin klubu öz liderlərindən birini satmaqdan hələ ki imtina edir.

Türkiyə millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 52 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə verib.

Transermarkt onu 50 milyon avro dəyərləndirir.

 

Bənzər xəbərlər