featured-image-73783
“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, Gəncə klubu qış fasiləsində növbəti transferini reallaşdırıb. Azər Bağırovun komandası gürcüstanlı müdafiəçi Mate Abuladze ilə anlaşıb. 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.

Bənzər xəbərlər