featured-image-75073

“Kəpəz”in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu bəlli olub

Msport.az xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanda çıxış edəcək.

29 yaşlı müdafiəçi “Atırau” ilə anlaşıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Kəpəz”dəki karyerası 2022-2023-cü illər mövsümündən başlayan Xvalko Gəncə təmsilçisinin heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə “Kəpəz”in kapitanlarından olub. Xvalko “Kəpəz”dən ayrıldıqdan sonra “Tobol”a keçmişdi.

Bənzər xəbərlər