featured-image-79398

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, Gəncə klubu Azər Məmmədovla müqavilə bağlayıb.

Son günlərə qədər vakant posta Arif Əsədovun gətiriləcəyi gözlənilsə də, onunla danışıqlar alınmayıb. Əsədovla “Kəpəz” rəhbərliyi büdcə məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Əslən Gəncədən olan Azər Məmmədov futbolçu karyerası ərzində u klubun formasını geyinib. O, 2023-cü ilin iyunundan noyabrına qədər “Kəpəz”in baş məşqçisi olub.

A.Məmmədov müxtəlif vaxtlarda “Səbail”də Şahin Diniyevin köməkçisi, “Zirə-2″də baş məşqçi işləyib. O, aşağı yaş qrupları üzrə milli komandalarımızda da fəaliyyət göstərib.

Bənzər xəbərlər