"Kəpəz" "Səbail"in sabiq yarımmüdafiəçisi ilə müqavilə bağladı
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Gəncə təmsilçisi Valdemar Almeyda ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Anqola əsilli portuqaliyalı futbolçu ötən mövsüm “Səbail”in şərəfini qoruyub. 32 yaşlı futbolçu “dənizçilər”in heyətində Azərbaycan çempionatında 36 oyunda 1 qol vurmuşdu.
s