Kerem “Spartak”ın ən yüksək ödənişli futbolçusu olacaq
“Spartak” Kerem Aktüroğlunun transferini həll edib. Msport.az “Milliyet”ə istinadən xəbər verir ki, türkiyəli futbolçu Moskva klubunun ən yüksək ödənişli oyunçusu olacaq.
25 yaşlı hücumçu ilinə 3 milyon avro maaş alacaq. Aktüroğlunun müqaviləsində əməkhaqqından başqa, əlavə bonuslar da nəzərdə tutulub.
Keremin imza pulu alması da gözlənilir.
Türkiyə millisinin üzvünün “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyununa kimidir. Transfermarkt onun dəyərini 15 milyon avro qiymətləndirir.